SÜRƏTLİ ŞƏKİLDƏ QURAŞDIRILAN SƏHİYYƏ MÜƏSSİSƏLƏRİ

Sürətli şəkildə quraşdırılan və yüksək keyfiyyətli səhiyyə müəssisələri Assan Panel zəmanəti sayəsində əminliklə istifadə edə biləcəyiniz, rahatlığı, pratik quraşdırılması, yüksək istilik və səs izolyasiyası sayəsində layihələrinizə sürət və dinamiklik qazandırır. Asanlıqla sökülüb başqa bir yerə daşınaraq, ehtiyaclarınızı müxtəlif nöqtələrdə təmin etməkdə rahatlıqla istifadə edilə bilər. İstehsal etdiyimiz modul tipli xəstəxana və mobil xəstəxana modelləri sayəsində bütün ehtiyaclarınızı qarşılayacaq fərqli modellər vasitəsilə kompleks həllər təmin edirik.

Modul tipli prefabrik xəstəxana binalarında diqqət çəkən əsas element təcili ehtiyac duyulan səhiyyə müəssisəsi binalarının ən sürətli şəkildə tikilməsinin və xidmətə hazır olmasının gözlənilməsidir. Sahə xəstəxanaları - xüsusilə səhiyyə xidmətlərinin göstərildiyi bölgələrdə digər xəstəxanaların çatışmazlığı, korona virusu ilə bağlı narahatlıq kimi pandemiya dövrlərində ortaya çıxan xüsusi təyinatlı təcili xəstəxana ehtiyacı, təcili ictimai səhiyyə mərkəzi yaradılması kimi hallarda texnoloji baxımdan sürətli şəkildə istehsal edilməsi və istifadəyə hazır quraşdırılması sayəsində yeganə alternativ bina modelidir.

Hizli-Kurulum-Saglik-Tesisleri
Hizli-Kurulum-Saglik-Tesisleri

Layihələndirdiyimiz modul tipli prefabrik xəstəxana modellərini Səhiyyə Nazirliyinin "Səhiyyə müəssisələrinin binalarına dair" Qaydalarına uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kimi beynəlxalq təşkilatların standartları nəzərə alınaraq peşəkar şəkildə hazırlayırıq. Layihə sadəcə bir binadan kənara çıxan ümumi xəstəxana yeri obyekti nəzərə alınaraq təcili yardım vertolyotu üçün meydança, silsilə təcili yardım maşınları üçün girişlər nəzərə alınaraq layihələndirilir. İntensiv istifadə erqonomikası nəzərə alınmaqla, sahə xəstəxanası modellərində əhəmiyyət qazanan təcili xəstəxana girişlərini, xərək bölgələrini, təcili müayinə otaqlarını, MR, rentgen və tomoqrafiya görüntüləmə otaqlarını, analiz laboratoriyalarını, təcili əməliyyat zallarını, təcili müşahidə zallarını planlaşdırırıq.

Hizli-Kurulum-Saglik-Tesisleri

"Sürətli şəkildə quraşdırılan səhiyyə müəssisələri" kataloqumuza daxil olmaq üçün aşağıdakı linkə tıqlayın!

Sonuç Bulunamadı
Məhsul Üçün Müraciət Forması

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz