HAQQIMIZDA

"Sandviç panel sektorunda lider müəssisə olan Assan Panel 1990-cı ildə İstanbulun Tuzla rayonunda ildə 4 milyon m2 potensiala malik ilk fabriki ilə istehsala başlamışdır. İllər ərzində öz potensialını artırmaq üçün investisiyalar yatırmağa davam edən Assan Panel 2004-cü ildə İskenderun şəhərindəki illik 3 milyon m2 istehsal potensialına malik müəssisəsinə, 2009-cu ildə Balıkesir şəhərindəki illik 3 milyon m2 potensiala malik müəssisəsinə, 2012-ci ildə isə İordaniyadakı illik 4,5 milyon m2 potensiala malik müəssisəsinə investisiya qoyuluşlarını həyata keçirmişdir.

2015-ci ildə isə İstanbulun Tuzla rayonunda 3,5 milyon m2 potensiala malik müəssisəsi üçün ikinci xəttə investisiya qoyuluşunu başa çatdıraraq, ildə 18 milyon m2 potensiala nail olmuşdur. 2021-ci ildə isə Türk əsilli respublikalardakı ilk investisiya qoyuluşunu həyata keçirmiş və STP (Sumqayıt Texnologiyalar Parkı) ilə tərəfdaşlıq etməklə, Azərbaycandakı müəssisəsinin fəaliyyətlərinə başlamışdır. Fəaliyyət göstərdiyi sektorda aşkar şəkildə qabaqcıl yerdə olan Assan Panel poliuretan dolğulu panellərlə yanaşı, yanğına qarşı müqavimətə malik PIR və daş yunu dolğulu, soyuducu kameralar, dam və divarlar üçün sandviç panel məhsulları, günəş enerjisi ilə işləyən sistemlərin quraşdırılması üçün hazır panellər, müxtəlif layihələr üçün istehsal etdiyi yardımçı vasitələr, polikarbonat işıqları, bolt çeşidlərindən ibarət olan birləşdirici elementlər, sızdırmazlıq və dolğu məhsullarından ibarət olan, inşaatda istifadə edilən kimyəvi maddələrdan ibarət məhsulları vasitəsilə dayanıqlı və ekoloji təmiz binaların inşa edilməsinə töhfə verməkdədir. Keyfiyyətli, etibarlı, yenilikçi, yanğına dözümlü məhsul çeşidləri ilə yanaşı, ölkə daxilində və xaricindəki biznes tərəfdaşları ilə birlikdə yüksək keyfiyyətli tətbiq xidmətləri də təmin etməkdədir.

Fəaliyyət göstərdiyi sektorda ilklərə liderlik etmiş olan Assan Panel 2015-ci ildə əldə etdiyi FM sertifikatı ilə Türkiyədə binalarda hündürlük məhdudiyyəti qoyulmadan FM sertifikatı və bir çox başqa beynəlxalq sertifikatlara malik olan qabaqcıl istehsalçıdır. Qlobal bazarda aktiv şəkildə iştirak edən Assan Panel özünə birləşdirdiyi AssanPU, Assan Demir, AssanWool, AssanBoard ticarət nişanları ilə 85 ölkəyə ixracat həyata keçirərək, sənaye strukturları üçün ümumi biznes tərəfdaşı olmaqdadır. "

Baxışımız

Sənaye təyinatlı inşaat bazarında lider, dayanıqlı və yenilikçi biznes tərəfdaşınız.

Missiyamız

Sənaye təyinatlı inşaat bazarında müştərilərimizin ehtiyaclarına uyğun, etibarlı, dayanıqlı və yenilikçi həll variantlarını maksimum fayda ilə təqdim edərək, biznes tərəfdaşlarımızla birlikdə sağlam şəkildə inkişaf edəcəyik.

Dəyərlərimiz

  • Dürüstlük və düzgünlük
  • Etibarlılıq
  • Kollektiv psixologiyası
  • İnnovasiya
  • Ətraf mühitə və cəmiyyətə həssas yanaşma

İdarəetmə prinsiplərimiz

Müştəriləri diqqət mərkəzində saxlama, etik olma, müntəzəm təkmilləşdirmə, vəziyyətə liderlik, işçilərin iştirakı, sistem yanaşması, kollektivi diqqət mərkəzində saxlama, dəyər yaratma, məlumatların idarə edilməsi.

Məhsul Üçün Müraciət Forması

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz