Assan Panel birqat trapesiyalar yerinə, öz məqsədinə və müxtəlif asma aralıqlarına uyğun olaraq müxtəlif qalınlıqlarda və formalarda istehsal edilə bilər. Funksional dizaynları sayəsində izolyasiyalı və ya müxtəlif izolyasiya materialları ilə birlikdə istifadə edilə bilərlər. Maili forma verilə bilmə xüsusiyyəti və arzu edilən şəkildə istehsal edilə bilən bitiş profilləri vasitəsilə estetik detal variantlarını tətbiq etmək mümkündür. Dam və divarda asan və sürətli quraşdırılma xüsusiyyəti, materialların yüngül olması sayəsində dayaq konstruksiyasına qənaət və praktik quraşdırma imkanı təmin edir, tikinti sahələrində və anbarlarda çox yer tutmur, təkrar istehsal edilə bilmə xüsusiyyəti sayəsində ətraf mühitə zərər vermir.

Assan Panel birqat trapesiyalarda istilik izolyasiyasına ehtiyac olmadığı hallarda onları dam və divar örtüyü materialı olaraq ən münasib qiymətlərlə müştərilərinə təqdim edir.

Birqat trapesiyalar iki lövhə arasına izolyasiya materialı tətbiq edilməklə sandviç sistem kimi də tətbiq edilə bilər. Bu tətbiq zamanı izolyasiya materialı olaraq, şüşə yunu, daş yunu, preslənmiş polistren, genişlənmiş polistren, poliuretan lövhələrdən istifadə edilə bilər.

Birqat trapesiya lövhələr qalvanizasiya edilmiş boyalı metal lövhə, qalvanizasiya edilmiş boyasız metal lövhə kimi istehsal edilməklə yanaşı, boyalı alüminium kimi də istehsal edilə bilər. Münasib qiyməti və yüksək keyfiyyəti bir arada təqdim edən Assan Panel şirkətinin prioriteti hər zaman keyfiyyət olmuşdur.

Birqat trapesiya lövhələrdə qalvanizasiya olunmuş boyalı lövhə məhsulları sahəsində dünyanın qabaqcıl qalvanizasiyalı trapesiya lövhə istehsalçılarından idxal edilən ECCA (europoan coil cooting) normalarına uyğun olaraq istehsal edilən qalvanizasiya edilmiş boyalı trapesiya lövhə rulonlarından istifadə edilməkdədir. Qalvanizasiya edilmiş boyasız lövhəli məhsullarda isə Assan şirkətinin qalvanizasiya müəssisələrində beynəlxalq (EN,ASTM ve ISO) normalara uyğun olaraq istehsal edilən qalvanizasiya edilmiş boyasız lövhə rulonlardan istifadə edilməkdədir.

Assan Panel şirkətinin trapesiyaları ilə radius (maililik) forması verə bilmə xüsusiyyəti sayəsində estetik görünüşlü qübbəli dam tətbiqlərində ikiqat trapesiya arası istilik izolyasiyası təbəqəsi ilə yerində tətbiq vasitəsilə örtükləmə həyata keçirilir. Birqat trapesiyalardan istifadə edilən digər bir sahə terrasların damlarıdır. Bu tip tətbiqlərdə damın üst hissəsində membranlı su izolyasiyası həyata keçirilir. Assan Panel şirkəti sektorun bu tələbatlarını qarşılamaq məqsədilə, müştərilərin bu sektora sifariş edəcəyi layihələrin göstəricilərinə uyğun olaraq kompüterlə nəzarət edilən bükmə dəzgahında qübbəli damlara uyğun istehsalı münasib qiymətlə və yüksək keyfiyyətlə həyata keçirir. 27/200 formalı trapesiya, 38/151 formalı trapesiya, 18/838 formalı trapesiya, 50/207 formalı trapesiya, 38/151 akustik formalı trapesiya və 75/215 formalı trapesiyaların istehsalı həyata keçirilir. Dam və divarlarda asan və sürətli quraşdırma imkanı, materialların yüngül olması sayəsində dayaq konstruksiyasına qənaət etməyə və praktik quraşdırma həyata keçirməyə imkan verir, tikinti sahələrində və anbarlarda yer tutmur, təkrar istehsal edilə bilmə xüsusiyyəti sayəsində ətraf mühitə zərər vermir. İstifadə sahələri - sənaye strukturları, hərbi strukturlar, sosial strukturlar, aqrar strukturlar, idman kompleksləri, tikinti binaları, anbarlar, hiper marketlər, ticarət mərkəzləri, topdansatış binaları kimi dayaq sistemi polad və ya prefabrik beton olan strukturlarda təhlükəsiz və münasib qiymətli, keyfiyyətli həll variantları təmin edir.

Assan Panel şirkəti sektorun bu tələbatlarını qarşılamaq məqsədilə, müştərilərimizin sifariş verəcəyi layihələrin göstəricilərinə uyğun olaraq, bükmə dəzgahında birqat trapesiyaların istehsalı həyata keçirilməkdədir. Arzu edilən miqdarda və uzunluqda, münasib qiymətli və yüksək keyfiyyətli şəkildə istehsal edilir.

Məhsul Üçün Müraciət Forması

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz