TƏSİSÇİ VƏ FƏXRİ SƏDRİN İSMARICI

1950-ci illər və ondan sonrakı dövrdə azad iqtisadiyyata keçidin, həmçinin ticarət sahəsində təmin edilən imkanların da təsiri ilə ticarət həcmimiz gündən-günə artmağa başladı. Karaköydə bir biznes mərkəzində hamısına öz övladım, qardaşım kimi baxdığım iş yoldaşlarımla ən böyük sərmayəmiz - idealı əzm və qalib gəlmə olan insanlar olaraq, gecə-gündüz demədən var gücümüzlə çalışdıq. Bu qədər çalışmanın mükafatı da böyümək və inkişaf etmək oldu.

Kurucu-ve-Onursal-Baskanin-Mesaji

İnkişaf etdikcə əvvəlki çərçivələrimizə sığmaz olduq. Fərqli sektorlar, fərqli şəhərlər deyərkən, fərqli ölkələrlə ticarət münasibətlərinə daxil olduq. Bugün dünyanın bir çox ölkəsi ilə həm müştəri, həm də təchizatçı kimi işləyirik. Dünyanın qabaqcıl qlobal firmaları ilə güclü və müntəzəm tərəfdaşlıq həyata keçirdik. Bu da mənim kimi, işinə öz övladı kimi baxan, yarandığı andan etibarən inkişafının hər bir mərhələsinə şahid olan bir ata üçün təqdirəlayiq hisslər deməkdir.

İllər əvvəl başladığımız məşəqqətli səfərimiz bugün müxtəlif sektorlarda daha çox işçi və daha çox tərəfdaşla birlikdə gündən-günə inkişaf etməyə davam edir. İşgüzar həyatımın əvvəlindən bəri yeganə bir şeyi israrla vurğulamışam: dürüst və etibarlı olmaq. Hər şeyi təkrar əldə etmək mümkün ola bilər, ancaq bir anlıq qazanc əldə etmək üçün bu iki prinsipə xələl gətirsəniz, bərpası çətin olan itkilər yaşamanız qaçılmazdır. Bizi biz edən ünsürlərin başında bu prinsiplərin yorulmaz müdafiəçisi olmağımız gəlir.

Müəyyən bir nöqtəyə gələn fəaliyyətlərimiz zamanı müxtəlif idarəetmə bacarıqlarımızı inkişaf etdirdik, ticarət zəkasından istifadə məsələsində bir çox nümunəvi hadisə yaşadıq. Bunların hamısı bugün holding olan müəssisəmizi quran və bir çox çətin mərhələni aşan zaman bizə istiqamət verdi. Kiçik olmadan böyük olmaq mümkün deyil, çətini görmədən müvəffəqiyyəti əldə etməyin həzzini yaşamaq mümkün deyil. Biz kiçik, lakin böyüməyi qarşısına məqsəd qoymuş bir firma olaraq bu günləri dünəndən başlayaraq qurmağa başlamışdıq.

Əlbəttə, çətin vaxtlarımız da oldu. Çətin vaxtların öhdəsindən də birlikdə gəldik. Belə anlarda qənaət, resurslardan səmərəli və effektiv istifadə edilməsi, xərclərin azaldılması və s. hər bir təşkilatda mütləq olmalıdır. Biz isə bununla yanaşı, hər zaman, hər şəraitdə əlçatan olduq. Vasitəçilər yerinə, bütün tərəfdaşlarımızla şəxsən münasibətlər yaratdıq, çünki hər bir tərəfdaş iş həcmi ilə deyil, sadəcə tərəfdaşımız olması ilə belə, bizim üçün eyni dəyərə malik idi.

40 il əvvəl Aslan Biznes Mərkəzində ümid, çalışma əzmi və kollektiv ruhundan yoğrulan çətin zamanlarımız hər an, hər şəraitdə yolumuza işıq tutmuşdur. Bugün 20-dən artıq şirkəti, 5000-dən artıq işçisi ilə Türkiyənin qabaqcıl şirkətlərindən olan Kibar Holding gələcəkdə də eyni prinsiplərə xələl gətirmədən əlavə dəyər yaratmağa davam edəcək.

Sosial məsuliyyət anlayışımızla bu cəmiyyətdən əldə etdiklərimizi yenidən bu cəmiyyətin istifadəsinə verməyə davam edəcəyik.

Çox uzun bir müddətdir bu gəminin kapitanıyam. Lakin gəmi olmadan, ekipaj olmadan, gediləcək bir dəniz və aşılacaq məsafələr olmadan kapitan olmağın mənası yoxdur. Başda əziz ailəm olmaqla, hər birinə öz ailəmizin üzvü kimi baxdığım dəyərli işçilərimiz, biznes tərəfdaşlarımız, bütün sosial tərəfdaşlarımız, çətin vaxtlarımızda belə bizimlə bütün fırtınalara sinə gərib uğurlarımıza uğur qatdığınız üçün və "Kibar Holding"i "Kibar Holding" edən bütün dəyərlərimizə ürəkdən verdiyiniz töhfələriniz üçün hamınıza təşəkkür edirəm.

Sevgi və hörmətlərimlə,

Asım Kibar

Məhsul Üçün Müraciət Forması

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz