Damlar qar, yağış və fırtına kimi təbii şəraitə qarşı fəal qoruma təmin etmək məqsədilə binalarda istifadə edilən, həmçinin coğrafi şərait və tikinti arxitekturası ilə estetik harmoniya əldə etmək üçün müxtəlif örtüklərdir. Damlar dayaq sistemlərinə, maililiyinə və örtük materialına uyğun olaraq müxtəlif olur. Dam örtüyü materialları istilik, su və səs izolyasiyası təmin etməli, iqtisadi baxımdan sərfəli, estetik və keyfiyyətli olmalı, eyni zamanda, binanı xarici atmosfer mühitindən təhlükəsiz şəkildə qoruma funksiyalarını yerinə yetirə bilməlidir. Dam panellərində ən çox üstünlük verilən dam örtüyü materialları daxili və xarici metal lövhədən və izolyasiya nüvəsindən təşkil olunan sandviç panellərdir. Sandviç panellər ölkəmizdə son zamanlarda tikinti binaları, sosial və sənaye təyinatlı binalar, fabriklər, anbarlar və s. kimi bir çox binanın dam, divar, daxili bölmə və ya soyuq hava kameralarında örtük materialı kimi istifadə edilməkdədir. Sandviç panellər sürətli istehsal və quraşdırma imkanı, yüksək dayaq potensialı və yüngül konstruksiyası ilə yanaşı, yüksək izolyasiya xüsusiyyətləri ilə də memarlıq variantlarında ön plana çıxmaqdadır.
Assan Panel şirkətində istənilən memarlıq layihəsinin ehtiyaclarına cavab verəcək, dam örtüklərində rəngli, dözümlü, estetik, sürətli, qənaətli və ekoloji təmiz həll variantları üçün sandviç panel istehsalı həyata keçirilməkdədir. Sandviç panel bazarının ən çox üstünlük verilən ticarət nişanı olan və Türkiyəyə əlavə dəyər təmin etmə məqsədi güdən Assan Panel şirkətində müxtəlif qalınlıqlarda və xüsusiyyətlərə malik daxili dolğu materiallarından (PUR, PIR, daş yunu) istifadə edilərək, müxtəlif formalarda və geniş rəng seçimlərinə malik metal səthli sandviç panellər istehsal edilir.
Assan Panel şirkətinin dam paneli məhsullarında dünyanın qabaqcıl metal lövhə istehsalçılarından idxal edilən və ECCA (European Coil Coating) normalarına uyğun olaraq istehsal edilən qalvanizasiya edilmiş metal lövhə rulonları və ya ASSAN Alüminyum şirkətinin müəssisələrində beynəlxalq (EN, ASTM ve ISO) normalara uyğun olaraq istehsal edilən alüminium rulonlar istifadə edilməkdədir. Metal trapesiya lövhələrin və daxili dolğu materiallarının qalınlığı onların istifadə ediləcəyi sahəyə və daşıyacaqları yük miqdarına uyğun olaraq müəyyənləşdirilir. Sandviç panellərdə daxili dolğu materialı olaraq istifadə edilən poliuretan (PUR) istilik izolyasiyası baxımından ən yaxşı göstəricilərə malikdirsə, poliizosianid (PIR) yüksək səviyyədə yanğın əleyhinə və istilik səmərəliliyi təmin edir, daş yunu isə yanğın və səs izolyasiyası sahəsində müvəffəqiyyətli nəticələr təmin edir.ğ>
Assan Panel şirkətinin sandviç dam paneli məhsulları başlıqlı, kənar birləşməli, PVC / TPO membranlı olmaqla istehsal edilərək, istənilən tələbatı ödəyəcək şəkildə dizayn edilmişdir.
Master Panel 1000R4 - Türkiyədə istehsal edilən ilk, yeganə və real başlıqlı sandviç dam paneli olub, ən böyük üstünlüyü panel birləşdirmə elementlərinin panelin birləşmə nöqtəsini örtən bir başlıq profili vasitəsilə xarici faktorlardan qorunmasıdır. Master Panel Nova3 üç burmalı, Nova5 isə beş burmalı kənar birləşməli sandviç dam panelidir. Kənar birləşməli panellərlə 10% maililiyə malik dam örtükləri hazırlanır və bu örrtüklərin ən böyük üstünlüyü kənar panel birləşməsi sayəsində sürətli quraşdırmanın həyata keçirilməsidir. Master Panel N5TM - terrasların dam örtüklərində istifadə edilir. Panelin alt səthi metaldan (qalvanizasiya edilmiş boyalı lövhə), üst səthi isə membranlı olaraq istehsal edilir. Beləliklə, tikintidə quraşdırmadan sonra su izolyasiya materialı ilə örtüklənməsinə ehtiyac qalmır, vaxta və əməyə qənaət edilir. Master Panel 1000R5T - yanğın riskinin yüksək olduğu binalarda və yanğına maksimum dözümlü olması arzu edilən binalarda əminliklə istifadə edilməklə yanaşı, beş burmalı forması ilə geniş açıqlıqların təhlükəsiz şəkildə örtülməsini təmin edir. 10% meylliliyə malik dam örtüyü istehsal edilir. Kənar panel birləşməsi sayəsində sürətli quraşdırmada üstünlüyə malikdir. Daş yunu daxili dolğu materialı sayəsində yükək akustik səmərəlilik təmin edir. Məhsulların xüsusiyyətləri və quraşdırma üçün əsas birləşmə detalları ilə hazırlanmış bu kataloqda tanış ola bilərsiniz.