Bina örtüyü kimi xarakterizə edilən dam və divar örtükləri sahəsində məhsul çeşidlərini artırmağı hədəfləyən Assan Panel öz məhsulları arasına sandviç panellərə uyğun polikarbonat lövhə materiallarını da əlavə edərək, müştərilərin tələblərinə uyğun şəkildə bütün dam və divar sistemləri üçün həll variantları təqdim edir.
Assan Panel şirkətinin sandviç panel istehsalında əhəmiyyət verdiyi cəhətlər - xammalın keyfiyyəti, səlahiyyətli diler şəbəkəsi vasitəsilə effektiv quraşdırma xidməti, TSE EN və ISO normalarına uyğun olaraq keyfiyyətli istehsal, həmçinin xammalın daxil olmasından təhvil verilməyə qədər hər bir mərhələdə keyfiyyətə nəzarət göstəricilərini polikarbonat lövhə istehsalında da eyni həssaslıqla davam etdirməkdir. Bu anlayışla sektoru istiqamətləndirən qabaqcıl təşkilatlardan birinə çevrilmişdir.
Assan Panel polikarbonat lövhələri düz ve trapesiya olmaqla, iki formada istehsal edilərək, istənilən tələblərə cavab verəcək şəkildə dizayn edilmişdir.
Hazırkı başlıqlı və kənar birləşməli Assan Panel sandviç panelləri ilə birləşmə zamanı eyni kəsiyə malik olduqları üçün quraşdırma zamanı yüksək səviyyədə uyğunluq nümayiş etdirir, beləliklə, düzgün istilik və su izolyasiyası təmin edirlər. Qapalı hüceyrə strukturuna malik olduqları üçün istilik izolyasiyası xüsusiyyətinə sahibdirlər. Zərbəyə yüksək dözümlülüyü qırılmağa qarşı müqavimət göstərməsini təmin edir. UV şüalarına dözümlülükləri sayəsində binanın daxilini günəşin zərərli təsirlərindən qoruyurlar. Şəffaf və ya opal olaraq istehsal edilməklə, binadakı müxtəlif işıqlandırma ehtiyaclarına cavab verirlər. İşığın ötürülməsi məqsədilə istifadə edilən şüşə tətbiqlərə nisbətən yüngül olduqları üçün onlara üstünlük verilir.